"Ağdamda və Xankəndidə Azərbaycanın yeni paytaxtı salına bilər".
Bizim.Media xəbər verir ki, bunu "yenisabah.az"a Mətbuat Şurasının rəhbəri Rəşad Məcid bildirib.
O, paytaxtın dəyişdirilməsi müzakirələrinə bu cür rəy bildirib:
"Cənab Prezident Ağdama, Xocalıya, Xankəndiyə son səfərində 1 nömrəli Ağdam məktəbində də oldu. Bu səfər mənim üçün də çox təsirli idi. Ona görə ki, mən də həmin 1 nömrəli məktəbdə oxumuşam. Hazırda o məktəbin tikintisi gedir. Ağdamdakı yeni quruculuq işləri ilə də tanışam.
Həmişə də demişəm ki, Ağdam yaddaşımızda olan, uşaqlığımızın keçdiyi Ağdamdan daha əzəmətli və böyük şəhər olacaq. Mən hələ zəfərimizdən öncə həmişə deyirdim ki, Ağdamda gələcəkdə 1 milyonluq şəhər salmaq lazımdır".
Rəşad Məcid bildirib ki, Ağdam və Xankəndi paytaxt üçün əlverişli namizəd şəhərlərdir:
"Vaxtilə biz "525" qəzetində yeni paytaxta ehtiyac başlığı ilə yazılar yazırdıq. O yazılarda Azərbaycanın, Bakının yüklənməsi ilə bağlı problem qaldırılırdı. Eyni zamanda, Azərbaycanın hansı regionunda yeni paytaxtın daha münasib olacağı barədə fikirlər səslənirdi. Müxtəlif regionların adı çəkilirdi.
Zəfərimizdən sonra, əlbəttə, şərait başqadır. Mən arzulayıram və düşünürəm ki, ya Araz sahilində yerləşən hansısa şəhərimizdə, yaxud Ağdamda və Xankəndidə Azərbaycanın yeni paytaxtı salına bilər. İnfrastrukturu inkişaf etmiş, böyük bir şəhərdə yeni paytaxt salına bilər.
Arzulayırıq ki, belə bir istək reallaşsın. Ağdamın böyük ənənələri var. Ağdam Qarabağın iqtisadi, mədəni mərkəzi olub. Şuşa Azərbaycanın mədəni mərkəzi kimi inkişaf edir. Hesab edirəm ki, Ağdam da bir iqtisadi paytaxt kimi inkişaf edə bilər. Gələcəkdə siyasi paytaxtımızın da dəyişməsi arzuolunandır".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:24 / 25.02.2025
Bakının yerinə 2 şəhərdən biri paytaxt ola bilər – AÇIQLAMA
Hazırda oxunan: Bakının yerinə 2 şəhərdən biri paytaxt ola bilər – AÇIQLAMA
Hazırda oxunan: Bakının yerinə 2 şəhərdən biri paytaxt ola bilər – AÇIQLAMA
236466
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.