“Sülh müqaviləsi 15 gün ərzində imzalana bilər” - Alen Simonyan

“Sülh müqaviləsi 15 gün ərzində imzalana bilər” - Alen Simonyan

Hazırda oxunan: “Sülh müqaviləsi 15 gün ərzində imzalana bilər” - Alen Simonyan

236464

“Azərbaycanla sülh müqaviləsi 15 gün ərzində imzalana bilər”.

 

Sfera.az bildirir ki, bunu Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan deyib.

 

Prinsipial məsələlərdə tərəflər arasında razılıq əldə edildiyini bildirən spiker fikirlərini bu cür davam etdirib: “Bakı siyasi iradə göstərsə, bu, mümkün ola bilər. Prosesə zərər verməmək üçün təfərrüatları açıqlamaq istəmirəm”.

 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan may ayında Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduqlarını bildirib. Azərbaycan Prezidenti İlham Əliyev isə ötən ay verdiyi bəyanatda “İrəvan administrasiyası münasibətini dəyişərsə, ilin sonuna kimi sülh sazişi imzalana bilər”, deyə söyləmişdi.

 

Türkan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO