Hazırda ümumi təhsil müəssisələrində 30 min 615 nəfər kişi müəllim çalışır.
Bu barədə Bizim.Media -nın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, ölkə üzrə məktəblərdə 174 min 656 müəllim çalışır. Onlardan 144 min 41 nəfəri qadın, 30 min 615 nəfəri isə kişidir.
Bu da o deməkdir ki, məktəblərdə çalışan müəllimlərin təxminən 18 faizi (17.5 %) kişilər, 82 (82,5 %) faizi qadınlardır.
Müqayisə üçün bildirək ki, 2023/2024-cü ilin məlumatına görə, ölkədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 150 min 800 nəfər müəllim çalışıb. Bu tədris ilində ümumi təhsil müəssisələrində çalışan kişi müəllimlərin sayı 21226 nəfər olub Bu da 14 faiz təşkil edib.
Görünən odur ki, bir il ərzində kişi müəllimlərin sayı təxminən 9 min nəfərdən çox artıb.
Günay Şahmar, Bizim.Media