Kərə yağı daha da BAHALAŞACAQ – MÜHÜM AÇIQLAMA

Kərə yağı daha da BAHALAŞACAQ – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Kərə yağı daha da BAHALAŞACAQ – MÜHÜM AÇIQLAMA

236427

Qida rasionumuzda əsas yer tutan kərə yağı sürətlə bahalaşır. Bu bahalaşmanın əsas səbəblərindən biri kərə yağının əsasən idxal olunmasıdır. Dövlət Gömrük Komitəsinin məlumatına görə ötən il Azərbaycan 173,6 milyon dollar dəyərində kərə yağı idxal edib. Bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 87,8% çoxdur.

Nəzərə alaq ki, dünyada da kərə yağı sürətlə bahalaşır. Təsadüfi deyil ki, son 5 ay ərzində dünya bazarlarında kərə yağının qiyməti kəskin şəkildə artıb.

Dünyanın ən böyük ticarət platformalarından biri olan “Global Dairy Trade”də  (“Qlobal Süd Məhsulları Ticarəti”) 18 fevral tarixində kərə yağının 1 tonunun orta topdansatış qiyməti 7 378 dollar (1 kq 7,4 dollar və ya 12,6 manat) olub.

Qeyd edək ki, 5 ay əvvəl – oktyabr ayının əvvəlində bu göstərici 6 407 dollar (1 kq 6,4 dollar və ya 10,9 manat) olub. Rəqəmlərdən də göründüyü kimi son 5 ay ərzində kərə yağının qiyməti təxminən 15,6% artıb.

Təbii ki, dünya bazarında artan qiymətlər daxili bazara da təsirsiq qalmır. Son aylarda Azərbaycanda kərə yağı qiymətlərində artım müşahidə olunur. Hazırda pərakəndə satış məntəqələrində “President” yağı (1 kq, 82%) 34, Türkiyə istehsalı “Pınar” yağı (1 kq) - 28.55, Almaniya istehsalı olan “Gerda” (1 kq)  isə 27.50, “Best Cow” yağı (1 kq) - 23.19, “Westgold” (1 kq) - 23.90, Zellandiyanın “Colden Crown” yağı (1 kq) -  22.90 manata təqdim olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Keyfiyyətli kərə yağını necə ayırd edə bilərik? - VİDEO


Bəs, kərə yağının sürətlə bahalaşmasının səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda kərə yağı istehsalı çox aşağı səviyyədədir:

“Baxmayaraq ki, yerli şirkətlərin adı altında bazarlara kərə yağı çıxardılır. Heç kəsə sirr deyil ki, xaricdən alınan yağlar ölkəmizdə qablaşdırılaraq yerli məhsul kimi təqdim edilir. Ona görə də dünyada baş verən qiymət artımı ölkəmizin daxili bazarına anındaca təsir edir. Çünki yerli istehsal da əsasən xaricdən gətirilən yağlar hesabına formalaşır. Çox təəssüf ki, ümumi ehtiyaclarımızın cəmi 10-12 faizi yerli istehsal hesabına ödənilir. Qalan fərqsə idxal hesabına formalaşır”.

Bəs, yaxın zamanda kərə yağının qiymətləri yenidən yüksələ bilərmi?

Müsahibimiz bildirib ki, qiymət artımı qaçılmazdır:

“İstehlak etdiyimiz kərə yağının 88-90 faizini idxal edirik. Dünyada da loqistika bahadır, yol xərcləri günbəgün artır. Bunun nəticəsində qiymətlər yüksəlir. Bu səbəbdən də kərə yağının qiyməti bundan sonra da bahalaşacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO