Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti stabilləşib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.
Qeyd olunub ki, ona partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, ağır dərəcəli posthemorragik şok diaqnozları təyin edilib.
N.İmanovun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
Qeyd edək ki, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu 21 fevral saat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:08 / 25.02.2025
Xocalıda minaya düşən Nağı İmanovun SON DURUMU
Hazırda oxunan: Xocalıda minaya düşən Nağı İmanovun SON DURUMU
Hazırda oxunan: Xocalıda minaya düşən Nağı İmanovun SON DURUMU
236419
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.