Uşaqlar və yeniyetmələr üçün ən sağlam içki seçimləri barədə araşdırmalar göstərir ki, su və pasterizə edilmiş inək südü ən uyğun variantlardır. Bu nəticə Sağlam Qidalanma Araşdırması proqramı çərçivəsində təşkil olunan ekspert panelinin tövsiyələri əsasında müəyyənləşib.
Paneldə ABŞ Qidalanma və Pəhriz Akademiyası, Amerika Uşaq Stomatologiya Akademiyası, Amerika Pediatriya Akademiyası və Amerika Ürək Assosiasiyası kimi nüfuzlu təşkilatların mütəxəssisləri iştirak ediblər. Tövsiyələr beş aylıq elmi araşdırmanın nəticələrinə əsaslanır.
Bizim.Media “MedicalXpress” portalına istinadən xəbər verir ki, ekspertlərin bildirdiyinə əsasən, su orqanizmin nəmlənməsi üçün əsas içki olmalıdır. Uşaqların yaşına və cinsinə görə gündəlik su istehlakı 16-88 unsiya (təxminən 0,5 – 2,6 litr) arasında dəyişə bilər. Xüsusilə, adi suya üstünlük verilməsi tövsiyə olunur, çünki o, ekoloji cəhətdən daha əlverişlidir. Üstəlik, adi kran sularında dişləri qoruyan flüor mövcuddur. Mütəxəssislər adi pasterizə edilmiş südün (az yağlı və ya yağsız) uşaqlar üçün vacib qida mənbəyi olduğunu qeyd edirlər. Süd orqanizmin sağlam böyüməsi üçün lazım olan zülal, kalsium və D vitamini kimi vacib qidalarla zəngindir. 100 faiz meyvə və tərəvəz şirələrinin bəzi hallarda məqbul olduğu bildirilsə də, yüksək şəkər və kalori miqdarına görə onların istehlakının məhdudlaşdırılmalı olduğu diqqətə çatdırılır. Badam və yulaf kimi bitki əsaslı südlər isə bəzi əsas qida maddələrindən məhrum olduğu üçün adi südün yerinə yalnız tibbi ehtiyac olduğu halda istifadə edilməlidir. Eyni zamanda, ətirli və ya şirinləşdirilmiş süddən qaçınılması və ya az istehlak edilməsi tövsiyə olunur. Mütəxəssislər, həmçinin bildirirlər ki, şirinləşdirilmiş qazlı içkilər və idman içkiləri uşaqların və yeniyetmələrin sağlam pəhrizinin tərkib hissəsi olmamalıdır. Bu içkilərin tərkibindəki şəkər artıq çəkiyə, diş çürüməsinə və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Kofeinli içkilərin də uşaqlar üçün uyğun deyil, çünki onlar yuxu rejiminə, ürək sağlamlığına və psixi vəziyyətə mənfi təsir göstərə bilər.
Pediatrik diyetoloq, Qidalanma və Dietoloji Akademiyanın sözçüsü Emi Rid vurğulayır ki, uşaqlar üçün sağlam içkilər seçmək, sağlam qida seçmək qədər vacibdir. Valideynlər bu məsələyə xüsusi diqqət yetirməlidirlər ki, uşaqların düzgün qidalanma vərdişləri formalaşsın.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:49 / 25.02.2025
Uşaqlar üçün ən sağlam içkilərin adları AÇIQLANDI
Hazırda oxunan: Uşaqlar üçün ən sağlam içkilərin adları AÇIQLANDI
Hazırda oxunan: Uşaqlar üçün ən sağlam içkilərin adları AÇIQLANDI
236393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.