Kəmaləddin Heydərov jurnalistləri hədələyən əməkdaşı işdən çıxardı

Kəmaləddin Heydərov jurnalistləri hədələyən əməkdaşı işdən çıxardı

Hazırda oxunan: Kəmaləddin Heydərov jurnalistləri hədələyən əməkdaşı işdən çıxardı

23637

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi daxili xidmət polkovnik-leytenantı Araz Furqan oğlu Musayev 3 iyun 2021-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 38 ünvanında vətəndaşların şikayəti əsasında araşdırma aparan kütləvi informasiya vasitələrinin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə mane olub və onları hədələyib, bununla da fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verib.

Bu barədə Bizim.Media-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyd olunanları nəzərə alaraq, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun 4 iyun 2021-ci il tarixində imzaladığı müvafiq əmrə əsasən Araz Musayev fövqəladə hallar orqanlarından xaric edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO