Nazirlər Kabineti “Sərhədyanı ərazilərdə, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nda dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, bundan sonra nəzərdə tutulan işlərin aparılması üçün icazə almış şəxs Azərbaycanın dövlət sərhədində sərhədboyu zolaqda dövlət sərhədinin mühafizəsinin təmin olunmasına münasibətdə Dövlət Sərhəd Xidmətini aparılacaq işlər barədə məlumatlandırmalı, işlərin yoxlanılması üçün ona şərait yaratmalıdır.
Həmçinin Azərbaycanın dövlət sərhədində sərhədboyu zolaqda fəaliyyət zamanı yol verilən pozuntular dövlət sərhədinin mühafizəsinin təmin olunmasına maneə yaratdıqda həmin fəaliyyəti Dövlət Sərhəd Xidməti dayandırıcaq və bu barədə aidiyyəti dövlət orqanlarını məlumatlandıracaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:09 / 24.02.2025
Sərhədyanı ərazilərdə telekomunikasiya qurğularının tikintisi qaydası DƏYİŞDİ
Hazırda oxunan: Sərhədyanı ərazilərdə telekomunikasiya qurğularının tikintisi qaydası DƏYİŞDİ
Hazırda oxunan: Sərhədyanı ərazilərdə telekomunikasiya qurğularının tikintisi qaydası DƏYİŞDİ
236331
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.