Bəxtiyar Vahabzadənin xatirəsini əbədiləşdirən məkanlar – ARAŞDIRMA

Bəxtiyar Vahabzadənin xatirəsini əbədiləşdirən məkanlar – ARAŞDIRMA

Hazırda oxunan: Bəxtiyar Vahabzadənin xatirəsini əbədiləşdirən məkanlar – ARAŞDIRMA

236304

Məlum  olduğu kimi Prezident İlham Əliyevin sərəncamı ilə bu il  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək.

Ölkəmizdə şairin xatirəsini əbədiləşdirmək məqsədilə hansı yerlər onun adını daşıyır?

Bizim.Media bununla bağlı araşdırma aparıb.

Öncəliklə Azərbaycanın xalq şairi, dramaturq, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadəyə həsr olunmuş xatirə muzeyini qeyd edək. Muzeyin binası Şəkidə, Bəxtiyar Vahabzadənin vaxtilə yaşadığı, sonradan uşaq bağçası kimi fəaliyyət göstərən evdə yerləşir. Muzey Azərbaycan şairi Bəxtiyar Vahabzadə irsinin dərindən öyrənilməsini həyata keçirən, aidiyyəti materialları toplayan, qoruyan, elmi cəhətdən araşdırılmasını təşkil edən mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.

Bakı şəhərinin Yasamal rayonunda Şəhriyar və Əbdürrəhim bəy Haqverdiyev küçələrinə paralel küçə Bəxtiyar Vahabzadənin adını daşıyır.

Şəki şəhərindəki 1 nömrəli orta məktəb Azərbaycanın xalq şairinin adını daşıyır, eyniylə şairin adına küçə mövcuddur və şəhərin mərkəzində büstü qoyulub.
 

Bundan əlavə ölkəmizdə 4 universitetin - Bakı Dövlət Universiteti, Azərbaycan Pedoqoji Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universitetinin filologiya fakültəsində təhsil alan və ali məktəb rəhbərliyinin seçdiyi tələbələrə “Bəxtiyar Vahabzadə adına” təqaüd verilir”.


Xüsusilə qeyd edək ki, xaricdə də Xalq şairinin xatirəsini əbədiləşdirmək üçün Ankarada Bəxtiyar Vahabzadənin adını daşıyan orta məktəb fəaliyyət göstərir. Serbiyanın ən böyük şəhəri, eyni zamanda paytaxtı  Belqradda isə  küçələrindən birinə Bəxtiyar Vahabzadənin adı verilib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO