Kəlbəcərdə jurnalistlərin minaya düşməsindən sonrakı GÖRÜNTÜLƏR – VİDEO 18+

Kəlbəcərdə jurnalistlərin minaya düşməsindən sonrakı GÖRÜNTÜLƏR – VİDEO 18+

Hazırda oxunan: Kəlbəcərdə jurnalistlərin minaya düşməsindən sonrakı GÖRÜNTÜLƏR – VİDEO 18+

23629

İyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş media nümayəndələrinin minaya düşməsindən sonrakı görüntüləri yayılıb.

Görüntüləri minaya düşən nəqliyyat vasitəsinin arxasınca gələn digər çəkiliş qrupunun üzvləri çəkib.

Bu arada hərbi ekspertlər həmin görüntüləri araşdıran vaxt belə qənaətə gəliblər ki, minalar yeni basdırılıb, yəni, müharibədən sonra basdırıldığı görünür.

Bu istiqamətdə daha dərin araşdırmalar peşəkarlar tərəfindən hazırda aparılmaqdadır. Bu mövzuya qayıdacağıq.

Xatırladaq ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb. Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub. Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Bizim.Media partlayışdan dərhal sonra çəkilən həmin görüntüləri təqdim edir:

Alçina Amilqızı, Bizim.Media 

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO