FHN generalının otellər şəbəkəsi üzə çıxdı -  FOTO

FHN generalının otellər şəbəkəsi üzə çıxdı - FOTO

Hazırda oxunan: FHN generalının otellər şəbəkəsi üzə çıxdı - FOTO

236285
Fövqəladə Hallar Nazirliyinin generalı Bakıda 25 milyonluq otelin sahibidir.

Moderator.az Unikal.org-a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsi 63 A ünvanında yerləşən 4 ulduzlu ""Lake Palace" oteli FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyevə məxsusdur.xa0

Müassir və klassik üslubda ətrafında süni göl yaradılaraq tikilən otelin 25 milyon manatdan çox qiyməti olduğu bildirilir. Oteldə dəbdəbəli müxtəlif restoranlar, kafelər, idman zalı, masaj salonu, sauna və üzmək üçün hovuz fəaliyyət göstərir.xa0

FHN general-mayoru İsrayıl Əliyev otelin idarəçiliyini yaxın adamı olan Famil adlı şəxsə həvalə edib.

Otel biznesindən böyük gəlir əldə edən İsrayıl Əliyev paytaxtda daha bir 17 mərtəbəli otel tikdirib.xa0

Dəyəri on milyon manatlarla ölçülən həmin otelin yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO