Qarın FƏSADLARI – 52 nəfər XƏSTƏXANALIQ oldu

Qarın FƏSADLARI – 52 nəfər XƏSTƏXANALIQ oldu

Hazırda oxunan: Qarın FƏSADLARI – 52 nəfər XƏSTƏXANALIQ oldu

236280

Qarlı, şaxtalı hava ilə əlaqədar Quba rayon mərkəzi xəstəxanası açıqlama yayıb. 

Qurumdan Bizim.Media-ya verilən məlumata görə 19.02.2025-ci il tarixində saat 12:00 radələrindən etibarən hazırki saatadək qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə 52 nəfər (11-i qadın, 41-i kişi cinsli olmaqla) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət edib.

Müraciətlər əsasən, diz, çanaq, bilək, topuq, çiyin və əl nahiyələrinin travmaları ilə bağlı olub.

Xəsarət alanlardan 25-i uşaq, digərləri isə 17-50 yaş aralığında olan şəxslərdir. Onlardan 5 nəfəri xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib.

Digər şəxslərə isə ilkin zəruri yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO