Bakıdan bölgələrə təxirə salınan avtobus reyslərinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıdan bölgələrə təxirə salınan avtobus reyslərinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakıdan bölgələrə təxirə salınan avtobus reyslərinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

236263

Ölkə ərazisində dörd gündür fasilələrlə qar yağır. Havanın qarlı və şaxtalı keçməsi, temperaturun mənfiyə enməsi magistral yollarda avtomobillərin hərəkətinə çətinlik yaradıb.

Xüsusilə, bəzi dağ rayonlarında yollar buz bağladığı üçün gediş -gəliş mümkünsüz olub. Bu səbəbdən bəzi rayonlara sərnişindaşıyan avtobus reysləri təxirə salınıb.

Bəs reyslər nə zaman bərpa olunacaq? Bunun üçün hansı işlər görülür?
 

MÖVZU İLƏ BAĞLI:

Bakı avtovağzalından bu istiqamətə reyslər təxirə salındı


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, ölkə üzrə dörd istiqamət üzrə reyslər təxirə salınıb:

"Təhlükəsizlik səbəbi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvan, Laçın, İsmayıllı və Qəbələ istiqamətlərində reyslər təxirə salınıb.

Qusar istiqamətində isə reyslər Qubayadək həyata keçirilir. Bu istiqamətlərdə reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək".

Qurumdan qeyd edilib ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar, avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO