Sumqayıt Şəhidlər Xiyabanında İZDİHAM – FOTOLAR

Sumqayıt Şəhidlər Xiyabanında İZDİHAM – FOTOLAR

Hazırda oxunan: Sumqayıt Şəhidlər Xiyabanında İZDİHAM – FOTOLAR

23622

Xəbər verildiyi kimi Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışovla vida mərasimi keçirilir.

Bizim.Media əməkdaşının məlumatına görə hazırda şəhid operatorun dəfn mərasimi ilə bağlı Sumqayıt Şəhidlər Xiyabanında izdiham var. İnsanlar Sirac Abışovla vidalaşmaq üçün Şəhidlər Xiyabanına toplaşıb.

Vida mərasimində Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov, deputatlar Tahir Mirkişili, Aydın Hüseynov və başqaları iştirak edir.

Qeyd edək ki, Sirac Abışov Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yaşayırdı. Şəhid operator Sumqayıt Şəhidlər Xiyabanında Birinci Qarabağ savaşında şəhid olan dayısı Həmzə Adıyevin yanında torpağa tapşırılacaq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO