Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...

Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...

Hazırda oxunan: Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...

236114

2018-ci ildən Vəkillər Kollegiyasının üzvü olmuş, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili işləmiş Tükəzban Aşurovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib. Aşurova hüquqlarını müdafiə etdiyi şəxsin ailə üzvlərindən 10 min manat alaraq onları aldatmaqda ittiham edilir.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, Aşurova cinayət məsuliyyətinə cəlb edildikdən sonra onun vəkillik fəaliyyəti dayandırılmışdı.

İstintaqla müəyyən edilib ki, Aşurova narkotik vasitə əldə etmə və satma ittihamı ilə həbs edilmiş Elgiz Əliyevin hüquqlarını müdafiə edirmiş. O, həmin şəxsin ailə üzvlərindən 10 min manat alıb.

İttihama görə Aşurova həmin məbləğ qarşılığında hakim Novruz Kərimovun icraatında olan işə təsir etmək imkanının olduğunu, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasına nail olacağını deyib.

Bu məqsədlə 10 min manatın hissə-hissə öz kartına köçürülməsinə nail olub. Lakin vədinə əməl etməyib, Elgiz Əliyev həbsdə qalıb. Bundan sonra Elgiz Əliyevin ailəsi öz vəkillərindən şikayətçi olub.

Məhkəmədə dindirilən zaman Aşurova bildirib ki, 10 min manatı hakimə və ya hər hansı vəzifəli şəxsə vermək üçün almayıb. O, 5 min manatı qonorar kimi özünə, 5 min manatı isə müdafiə etdiyi Elgiz Əliyevin işdən kənar problemlərini həll etmək üçün aldığını deyib. Onun sözlərinə görə Elgiz Əliyev işdən kənar problemlərinin ailə üzvlərinin bilməsini istəməyib və buna görə də onun ailəsinə heç nə deməyib.
 

Aşurova məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib. Əlavə olaraq bildirib ki, aldığı puldan cəmi 2 min manat qaytarıb. Deyib ki, işləmədiyi üçün zərəri ödəyə bilmir.


Elgiz Əliyevin yaxınları məhkəmədə şahid qismində dindirilən zaman bildiriblər ki, Aşurova onlara zəng edərək pulun bir gün ərzində verilməli olduğunu, hakimin adamları ilə işi danışdığını deyib. Onların sözlərinə görə Aşurova Elgiz Əliyev barəsində bəraət hökmü çıxarılmasına söz veribmiş.

İstintaq orqanı bu əməlinə görə Aşurovanı Cinayət Məcəlləsinin 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, nüfuz alveri) maddəsi ilə təqsirli bilib.

Lakin Ağcabədi Rayon Məhkəməsi Aşurovanın əməlində nüfuz alveri yox, dələduzluq olduğu qənaətinə gəlib. Buna görə də onun əməlini dələduzluq maddəsinə tövsif edilib və barəsində yüngül cəza təyin edilib. Hökmə əsasən Aşurova barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Aşurova barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO