Bərdədə yas mərasimində 12 nəfər zəhərləndi

Bərdədə yas mərasimində 12 nəfər zəhərləndi

Hazırda oxunan: Bərdədə yas mərasimində 12 nəfər zəhərləndi

236087

Bərdədə yas mərasimində kütləvi zəhərlənmə halı olub. Hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ürəkbulanma və halsızlıq şikayətləri ilə Bərdə mərkəzi xəstəxanasına müraciət edib. 

Əldə edilən məlumata görə, zəhərlənən şəxslər kənddə keçirilmiş yas mərasimində iştirak edənlər olub. 

Onların dəm qazından zəhərlənməsi ehtimal edilir. Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra 1 nəfər xəstəxanada saxlanılaraq qalanları evə buraxılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO