Bakıda küçələr qardan belə təmizlənir - FOTO

Bakıda küçələr qardan belə təmizlənir - FOTO

Hazırda oxunan: Bakıda küçələr qardan belə təmizlənir - FOTO

236084

Artıq bir neçə gündür ki, paytaxta yağan qarın yenidən intensivləşməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və paytaxt rayonlarının kommunal strukturları gücləndirilmiş iş rejimində çalışırlar.

Bizim.Media xəbər verir ki,  gecə saatlarından etibarən şəhər və rayon kommunal xidmətlərinin xüsusi texnikaları əsas avtomobil yollarına və magistrallara, maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpib və bu işlər gün ərzində davam edəcəkdir.
 

MÖVZU İLƏ BAĞLI:

DYP sürücülərə müraciət etdi


Eyni zamanda səhər sattlarından kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işlərini həyata keçirilir. Qarın ən çox düşdüyü ərazilər xüsusi diqqətdə saxlanılır.

Qeyd edək ki, bu işlərin daha rahat və operativ həyata keçirilməsi üçün paytaxtın müxtəlif ərazilərində texniki duz toplanan məntəqələr yaradılıb.

Ümumilikdə bu işlərə 100-dən çox xüsusi texnika və 2000-dən çox işçi qüvvəsi cəlb edilib.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO