Bu ərazidə ilin ən şaxtalı gecəsi qeydə alınıb

Bu ərazidə ilin ən şaxtalı gecəsi qeydə alınıb

Hazırda oxunan: Bu ərazidə ilin ən şaxtalı gecəsi qeydə alınıb

235967

Bu gecə Şimal-Qərb bölgəsində temperatur mənfi 12-15 dərəcəyə enib.

Bölgə rayonlarının əksər ərazilərində qar yağır, bəzi yolların üzərindəki körpülər buz bağlayıb.

Bizim.Media-nın yerli bürosu Şəki Regional Hidrometerologiya Müəssisəsinə istinadən bildirir ki, bölgədə bu ilin ən şaxtalı gecəsi qeydə alınıb.

Belə ki, bölgənin yüksək dağlıq ərazilərində mənfi 12-15, digər ərazilərdə isə mənfi 5-7 dərəcə arasında şaxta müşahidə olunub. Bölgənin aran yaşayış məntəqələrində qarın qalınlığı 25- 35 sm, dağlıq və dağətəyi kəndlərdə isə 40-50 sm arasında dəyişir.

Üç gün ard-arda qar yağsa da, ərazidən keçən avtomobil yollarındakı nəqliyyatın hərəkətində problem yaranmayıb. Yalnız yolların üzərindəki körpülərin buz bağlaması müşahidə olunub ki, müvafiq idarələrin əməkdaşları həmin sahələrə təkrar qum və duz səpərək təhlükəsizliyi təmin ediblər.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO