Qara görə bu ərazidə təhsil DAYANDIRILDI

Qara görə bu ərazidə təhsil DAYANDIRILDI

Hazırda oxunan: Qara görə bu ərazidə təhsil DAYANDIRILDI

235961

İstanbulda hava şəraiti ilə əlaqədar olaraq həftəsonu elm və incəsənət mərkəzlərində, dəstək və təlim kurslarında, motorlu nəqliyyat vasitələrinin sürücülük kurslarının və xüsusi təhsil kurslarının imtahan və təlimlərində təhsil dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə İstanbul valisi Davut Gül sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, şəhərə yağan güclü qar və soyuq havalar həftəsonu da davam edəcək:

"Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, 22-23 fevral şənbə və bazar günləri elm və incəsənət mərkəzlərində, dəstək və təlim kurslarında, motorlu nəqliyyat vasitələrinin sürücülük kurslarında imtahan və təlim və xüsusi təhsil kurslarının fəaliyyətinin dayandırılması qərara alınıb".

Qeyd edək ki, fevralın 19-dan başlayaraq Türkiyənin bir çox bölgələrində yağan güclü qar İstanbulda da həyatı iflic edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO