"Instagram”da böyük YENİLİK - Mesajlar belə göndəriləcək

"Instagram”da böyük YENİLİK - Mesajlar belə göndəriləcək

Hazırda oxunan: "Instagram”da böyük YENİLİK - Mesajlar belə göndəriləcək

235951

“Instagram” birbaşa mesajlaşma (DM) funksiyasında yeniliklər edib.

Bizim.Media “metbuat.az”a istinadən xəbər verir ki, DM-lərə tərcümə aləti və planlaşdırılmış mesaj funksiyası əlavə edilib.
 

İstifadəçilər mesajın üzərinə sıxıb saxlayaraq "Tərcümə et" seçimini seçdikdə, “Instagram” mesajı proqramda müəyyən edilmiş üstünlüklərə uyğun olaraq avtomatik tərcümə edəcək.


Bundan əlavə, əvvəllər təqdim edilmiş planlaşdırılmış mesaj funksiyası da yenilənmiş DM-lərə əlavə edilib. Bu funksiya ilə istifadəçilər mesajlarının müəyyən bir vaxtda göndərilməsini planlaşdıra bilərlər. “Instagram” DM-lərinə gətirilən daha bir yenilik musiqi paylaşımı ilə bağlıdır.

İstifadəçilər artıq söhbətdə “Stiker” seçiminə klikləyərək və “Musiqi” ikonasını seçməklə “Instagram”ın audio kitabxanasından mahnıları birbaşa mesaj kimi paylaşa bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO