Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin məlumatına görə, işğaldan azad edilmiş Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb.
Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.
DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:05 / 21.02.2025
DİN, Baş Prokurorluq, ANAMA Xocalıdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYDI
Hazırda oxunan: DİN, Baş Prokurorluq, ANAMA Xocalıdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYDI
Hazırda oxunan: DİN, Baş Prokurorluq, ANAMA Xocalıdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYDI
235912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.