Xatırladaq ki, 22 yanvar tarixindən Azərbaycan Respublikası ərazisində ov mövsümünün açıq elan edilməsi qərarı verilib.
Bəs kimlər ov edə bilər? Ümumiyyətlə hansı ərazilərdə ov etməyə icazə verilir?
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Bizim.Media-ya bildirib ki, yalnız ovçuluq bileti olan şəxslər və birdəfəlik ov icazəsi olan şəxslər ov edə bilərlər:
“Ovçuluq bileti 18 yaşından başlayaraq verilir. Bunun üçün 5 saylı Asan xidmət mərkəzinə müraciət edib ilk növbədə lazım olan sənədləri təqdim etmək lazımdır. Daha sonra isə ovçuluğun sınaq imtahanında iştirak etmək lazımdır. Uğur qazandıqdan sonra isə birdəfəlik ov icazəsi sənədi əldə etmək mütləqdir” - deyə Arzu Babayeva bildirdi.
Qeyd edək ki, yalnız ovçuluq təsərrüfatlarında ova icazə verilir. Yaşayış məntəqələrindən 1.5, 2 km məsafələrdə, sərhəd zonalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan təbiət ərazilərində ov qadağandır.
Aygün Hüseyn, Bizim.Media