DİM 121 vəzifənin tutulması üçün müsahibə ELAN ETDİ

DİM 121 vəzifənin tutulması üçün müsahibə ELAN ETDİ

Hazırda oxunan: DİM 121 vəzifənin tutulması üçün müsahibə ELAN ETDİ

235838

21 fevral 2025-ci il tarixində 46 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 121 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib. 

Bizim.Media xəbər verir ki, daxili müsahibə elan edilən vəzifələrin 5-i inzibati vəzifələrin dördüncü təsnifatına, 28-i beşinci təsnifatına, 30-u altıncı təsnifatına və 58-i yeddinci təsnifatına aiddir.
 

Qeyd edək ki, daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (15 vəzifə) tərəfindən təqdim olunub.


Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 39-u Naxçıvan Muxtar Respublikasının 8 dövlət orqanı, 45-i isə 28 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:

• Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

• Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 21 fevral - 7 mart (saat 18:00-dək) tarixlərində Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO