Zaqatala və Qaxın 10-a yaxın kəndində İŞIQ yoxdur – VİDEO

Zaqatala və Qaxın 10-a yaxın kəndində İŞIQ yoxdur – VİDEO

Hazırda oxunan: Zaqatala və Qaxın 10-a yaxın kəndində İŞIQ yoxdur – VİDEO

235829

Güclü qar və külək səbəbindən Zaqatalanın və Qaxın bəzi kəndlərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. 

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, Zaqatalanın Dardoqqaz, Muxax, Tala və bir çox kəndlərində eyni zamanda rayonun mərkəzində, Qaxın Qaratala, İbaxlı, Kötüklü, Baydarlı, Oncalı  kəndlərində  elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Belə ki, güclü külək Zaqatalanın Makov və Yuxarı Tala kəndlərindəki işıq dirəklərinə ciddi xətər yetirib. Bu səbəbdən işığın verilməsi dayandırılıb.

Qax rayonunun Qaratala, kənd sakinlərinin sözlərinə görə,  evdə istiliyinin elektrik enerjisi olduğundan çətinliklər yaranıb. 

Qaratala kənd sakini Bənövşə Abdullayeva Bizim.Media-ya bildirdi ki, evdə istilik kombi sistemi ilə təchiz olunub. Üstəlik suyun qızdırılması da bu sistemlə təmin olunur. Amma dünən gecədən işıqların kəsilməsi evdə istiliyin olmamasına və digər təminatlarda çətinliyə səbəb olub. 

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən Bizim.Media-ya bildirilib ki, elektrik enerjisinin bərpası istiqamətində işlər görülür. Yaxın saatlarda problem aradan qaldırılacaq.

Qeyd edək ki, sözügedən rayonlarda qarın hündürlüyü 60-70 sm-ə çatır. 















Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO