DYP-dən qarlı hava ilə bağlı MÜRACİƏT: "Diqqətli olun!"

DYP-dən qarlı hava ilə bağlı MÜRACİƏT: "Diqqətli olun!"

Hazırda oxunan: DYP-dən qarlı hava ilə bağlı MÜRACİƏT: "Diqqətli olun!"

235820

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yollarda təhlükəsizliklə bağlı müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə qar və buzlanma yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

Yol Patrul Xidmətinin əməkdaşları buzlanmaya qarşı tədbirlər görür, magistral yollarda nəzarəti gücləndirir və sürücülərə zəruri yardımı göstərir. Hədəfimiz – hər kəsin təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin etməkdir".

BDYPİ sürücülərə müraciət edərək aşağıdakılırı tövsiyə edib:

Qış təkərlərindən istifadə edin və avtomobilinizin texniki vəziyyətini yoxlayın.

Hava və yol şəraitinə uyğun hərəkət sürətini seçin.

Ara məsafəsini qoruyun, qəfil manevrlərdən çəkinin.

Yol polisi əməkdaşlarının göstərişlərinə əməl edin.

Piyadalara isə bunlar tövsiyə olunub:

Yalnız müəyyən olunmuş piyada keçidlərindən istifadə edin.

Yolu keçərkən avtomobillərin sürətini düzgün qiymətləndirin.

Qaranlıq saatlarda görünən geyimlər seçin.

Yol hərəkətinin təhlükəsizliyi hər kəsin məsuliyyətidir. Gəlin, qaydalara əməl edək, bir-birimizə qarşı diqqətli olaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO