Qarlı havada baş verən qəzaların SAYI AÇIQLANDI: 9 nəfər...

Qarlı havada baş verən qəzaların SAYI AÇIQLANDI: 9 nəfər...

Hazırda oxunan: Qarlı havada baş verən qəzaların SAYI AÇIQLANDI: 9 nəfər...

235810

Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat yayıb.

R.Tağıyev bildirib ki, nəticədə 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib.

İdarə rəsmisi deyib ki, son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə qarlı və buzlu yollar nəqliyyatın təhlükəsiz hərəkətinə təsir göstərir.
 

Bununla əlaqədar, yol polisi sürücülərə və piyadalara müraciət edərək diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır:


Sürücülərə tövsiyələr:

- Yol və hava şəraitinə uyğun hərəkət sürətini seçin;

- Qış təkərlərindən istifadə edin və nəqliyyat vasitənizi texniki cəhətdən saz vəziyyətdə saxlayın;

- Yol hərəkəti qaydalarına riayət edin və təhlükəli manevrlərdən çəkinin.

Piyadalara tövsiyələr:

- Yalnız müəyyən edilmiş piyada keçidlərindən istifadə edin;

- Görünməni artırmaq üçün qaranlıq saatlarda açıq rəngli və ya işıq əks etdirən geyimlər geyinin;

- Yollarda ehtiyatlı olun və nəqliyyat vasitələrinin hərəkətinə diqqət yetirin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO