Azərbaycanda qripə bənzər ÖLÜMCÜL virus YAYILIB – Bu şəxslər RİSK ALTINDADIR

Azərbaycanda qripə bənzər ÖLÜMCÜL virus YAYILIB – Bu şəxslər RİSK ALTINDADIR

Hazırda oxunan: Azərbaycanda qripə bənzər ÖLÜMCÜL virus YAYILIB – Bu şəxslər RİSK ALTINDADIR

235804

Son günlər azyaşlılar arasında yüksək hərarət, halsızlıq, baş ağrısı ilə müşahidə edilən xəstəlik yayılıb. Tibb mütəxəssisləri bunun skarlatina xəstəliyi olduğunu qeyd ediblər.

Bəs bu xəstəliyi digər respirator viruslardan fərqləndirən nədir? Müalicəsi necə aparılır?

Xəstəliyin əlamətləri, yaranması barədə Bizim.Media-ya danışan pediatr Xəyalə Quliyeva deyib ki, bu xəstəlik bakterial infeksiyadır:
 

MÖVZU İLƏ BAĞLI:

Qış VİRUSLARI - Onlardan qorunmanın yolları


“Bu xəstəlik həmişə olub, uşaq infeksiyasıdır və yoluxucudur. Əgər uşaq yoluxubsa, ana və atanın da yoluxması mümkündür. Əsas əlamətləri temperatur, halsızlıq, əzginlik, baş ağrısı və səpkidir. Boğazda yanğı hissi olur və yuxarı damaq qızarır. Dil qıpqırmızı qızarır, biz buna “moruq, çiyələk dil” deyirik. Dil məməcikləri şişir və moruqvari dil formalaşır. Səpkilər xırda, nöqtəvari olmaqla bədənin müxtəlif nahiyələrdə ola bilər. Sağalandan sonra səpkilər harda var idisə orda soyulma başlayır”.

Həkim bildirib ki, xəstəlik antibiotiklərlə müalicə olunur:

“Uşaq əgər yoluxubsa, ən azı 21 gün ərzində təcrid olunmalıdır, çünki yoluxdurucu ola bilər. Səpki başlamadan iki-üç gün öncə və səpkilər başladığı zaman yoluxduruculuq qabiliyyəti başlayır. Bu xəstəliyi keçirən uşaqlarda revmatizm formalaşa bilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO