Fövqəladə Hallar Nazirliyi yolların buz bağlaması hallarında piyadalara bəzi tövsiyələr edib.
Bizim.Media xəbər verir ki, müraciətdə bir sıra qabaqlayıcı tədbirlər yer alıb:
- ayaqqabını sürüşməyə qarşı hazırlayın - ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;
- ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;
- yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;
- sürüşsəniz, zərbənin gücünü azaltmaq ücün oturun;
- yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;
- sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:14 / 21.02.2025
Qarlı havada sürüşməmək üçün bunları edin!
Hazırda oxunan: Qarlı havada sürüşməmək üçün bunları edin!
Hazırda oxunan: Qarlı havada sürüşməmək üçün bunları edin!
235803
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.