Paytaxt yollarında son VƏZİYYƏT – FOTO

Paytaxt yollarında son VƏZİYYƏT – FOTO

Hazırda oxunan: Paytaxt yollarında son VƏZİYYƏT – FOTO

235799

“Dünən gecədən intensiv yağan qarın təmizlənməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və paytaxt rayonlarının kommunal strukturları  gücləndirilmiş iş rejimində çalışırlar”. 

Bu barədə BŞİH-dən Bizim.Media-ya verilən məlumatda bildirilib.

“Gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib.
 

Səhər tezdən kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən  metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işlərini həyata keçirilir. Bununla əlaqədar paytaxtın müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr  yaradılıb.


Qeyd edək ki, ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-dəb çox işçi qüvvəsi cəlb edilib. Təmizlik işləri gün ərzində davam edəcək”, - məlumatda qeyd olunub.






Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO