"Qarabağ müharibəsinin əks-sədaları hələ də Azərbaycan torpağında eşidilir".
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyinin rəsmi "Facebook" səhifəsində bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə səfirliyindən Kəlbəcərdə həlak olanlarla bağlı başsağlığı
"Azərbaycan vətəndaşları, o cümlədən AzTV və AZƏRTAC Xəbər Agentliyinin əməkdaşlarının həlakı barədə xəbər bizi son dərəcə sarsıtdı. Yaralananlara şəfa diləyirik. Təəssüflər olsun ki, Qarabağ müharibəsinin əks-sədaları hələ də Azərbaycan torpağında eşidilir", - deyə səfirlik qeyd edib.
Bizim.Media