186 minlik CİNAYƏT İŞİ - Qazilərə qarşı dələduzluq edən şəxsin məhkəməsi

186 minlik CİNAYƏT İŞİ - Qazilərə qarşı dələduzluq edən şəxsin məhkəməsi

Hazırda oxunan: 186 minlik CİNAYƏT İŞİ - Qazilərə qarşı dələduzluq edən şəxsin məhkəməsi

235764

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən Məmməd Ağakişiyevin məhkəmə prosesinin növbəti iclası keçirilib.

Bizim.Media unikal-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxsin vəkilinin vəsatəti əsasında əlavə şahid qismində İmran Əliyev dindirilib.

O bildirib ki, 02.08.2023-cü il tarixdə Məmməd Ağakişiyevin yanına Kürdəxanı bələdiyyəsinə gedib və onu götürərək ata-baba yurdunun yerini göstərib ki, sənədləşdirsin.

Zərərçəkənlər isə şahidin həmin gün Məmməd Ağakişiyevlə bir yerdə olması barədə rəsmi görüntü tələb ediblər.

Digər ifadə verəcək Şükür adlı şahid Moskvada olduğundan onun məhkəmədə dindirilməsi mümkün olmayıb.

Zərərçəkənlər şahid İmran Əliyev barədə düzgün ifadə vermədiyi üçün cinayət işinin başlanmasını istəyiblər. Məhkəmə isə vəsatətə baxılmasını sənədlərin tədqiqi mərhələsinə kimi baxılmamış saxlanılması barədə qərar çıxarıb.

Zərərçəkən şəxs, özünü qazi kimi təqdim edən Rauf Dadaşov məhkəməyə cinayət işinə aid olan disk təqdim edib və baxılmasını xahiş edib. Hakim Fərid Namazov zərərçəkənlərin vəsatətini təqdim edib.

Qeyd edək ki, diskdəki səsdə Rauf Dadaşovun Kürdəxanı kəndindən olan bir şəxslə arasında olan telefon danışığı olub. Səs yazısında Rauf Dadaşov təqsirləndirilən Məmməd Ağakişiyevi ağır formada təhqir edərək onu pul ilə yalançı şahidlər tutmaqda günahlandırıb. Hətta hakim korpusu digər disklərə məhkəmə zalında baxmaqdan imtina ediblər.

Təqsirləndirilən şəxsin vəkili hakimə vəsatət verib və vəsatətini məhkəmədə elan edib: "2023-cü ilin 24 oktyabr tarixində cinayət işi başlanıb və Məmməd Ağakişiyevə axtarış veriblər. 7 gün isə ərzində də saxlayıblar. Halbuki Məmməd Ağakişiyev həmin vaxt Kürdəxanı bələdiyyəsində şöbə müdiri kimi işləyib. O belə işdə işləyə-işləyə necə istintaqdan yayına bilər? Şəxsin ifadəsi alınmadan necə cinayət işi başlamaq olar? Yasamal RPİ-nin müstəntiqi dedi ki, 25 faiz ödəyin? cinayət işinə xitam verilsin. Məmməd Ağakişiyevin də həyat yoldaşı həmin 5 min manat məbləği ödədi".

Həmçinin məhkəmə prosesində 2023-cu ilin 31 iyul tarixindən 2 avqust tarixinə kimi Məmməd Ağakişiyevin hər iki nömrəsinin anten məlumatlarının çıxarılması barədə hər iki tərəfdən verilən vəsatət təmin olunub.

Məhkəmə prosesi 10 mart tarixinə kimi təxirə salınıb.

İttiham aktına görə, Məmməd Ağakişiyev 5 nəfərə Nardaran kəndi ərazisində torpaq satıb və onların 186 min manat pulunu alıb. Xatırladaq ki, Məmməd Ağakişiyev cinayət işi başlayana kimi Kürdəxanı bələdiyyəsində şöbə müdiri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO