4 ildir sərnişinləri narazı salan PROBLEM - “BakıKart”ı doldurmaq üçün xeyli yol getməli, ya da metroya DÜŞMƏLİDİRLƏR

4 ildir sərnişinləri narazı salan PROBLEM - “BakıKart”ı doldurmaq üçün xeyli yol getməli, ya da metroya DÜŞMƏLİDİRLƏR

Hazırda oxunan: 4 ildir sərnişinləri narazı salan PROBLEM - “BakıKart”ı doldurmaq üçün xeyli yol getməli, ya da metroya DÜŞMƏLİDİRLƏR

235702

Bildiyimiz kimi, ötən ildən etibarən bəzi avtobusların Koroğluda dayanacaqları “Piramida” tərəf adlanan ərazidədir.

Qeyd edək ki, bu avtobusların ödənişi isə “BakıKart”ladır. Ancaq sərnişinlərin narazı olduğu məqam budur ki, əgər avtobusların bir qismi bu ərazidə dayanırsa, dayanacaqların ətrafına nə üçün “BakıKart” ödəniş aparatları qoyulmur?

Çünki sərnişin “BakıKart”ına ödəniş etmək istədikdə xeyli məsafə qət edib, yenidən metroya düşməyə məcbur qalır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, hazırda vətəndaşlar “BakıKart”ın balansını artırmaq üçün daha çox imkanlara sahibdirlər:
 

MÖVZU İLƏ BAĞLI:

Geri qaytarılan gedişhaqqı məbləğləri kart balansından ÇIXILACAQ – RƏSMİ/FOTO


“Bakı Metropoliteninin stansiyalarında “BakıKart” yükləmə aparatları vətəndaşların ixtiyarındadır. Həmçinin, hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən xeyli sayda “MilliÖn” ödəmə terminalı “BakıKart” ödənişini qəbul edir.

Eyni zamanda, vətəndaşlar “BakıKart”ın internet səhifəsinə daxil olaraq şəxsi kabinetlərində balanslarını onlayn qaydada artıra bilərlər”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, təxminən 4 ilə yaxındır ki, dayanacaqlardan "Bakıkart" aparatları  yığışdırılılıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO