Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Baş Prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Suad Qəhrəmanova Mətbuat xidmətinin prokuroru vəzifəsinə təyin olunub.
Suad Qəhrəmanova 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub, bu təyinata qədər Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi vəzifəsində işləyib.
Digər müfaviq əmrlə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Pərvin Bağırova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin edilib.
Qeyd olunub ki, prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla prokurorluğun gənc, yüksək nəzəri bilik və peşə hazırlığına malik kadrlarla komplektləşdirilməsi istiqamətində görülən tədbirlər bundan sonra da davam etdiriləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:48 / 20.02.2025
Suad Qəhrəmanova və Pərvin Bağırova yüksək vəzifəyə TƏYİN OLUNDULAR
Hazırda oxunan: Suad Qəhrəmanova və Pərvin Bağırova yüksək vəzifəyə TƏYİN OLUNDULAR
Hazırda oxunan: Suad Qəhrəmanova və Pərvin Bağırova yüksək vəzifəyə TƏYİN OLUNDULAR
235692
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.