Yaxın günlərdə bu məhsullar bahalaşacaq – SİYAHI

Yaxın günlərdə bu məhsullar bahalaşacaq – SİYAHI

Hazırda oxunan: Yaxın günlərdə bu məhsullar bahalaşacaq – SİYAHI

235686

Fevralın 25-i Su çərşənbəsidir. Bu da o deməkdir ki, artıq Novruz bayramına bir aydan az müddət qalıb. Novruzun da gəlişi bir başqa aləmdir, əsl el bayramıdır. İnanclara görə hər kəs bayram süfrəsini bol bəzəyir ki, növbəti il daha uğurlu və ruzili olsun.

Di gəl ki, xalqın bu ülvi hislərindən ən çox faydalanan işbazlar olur. Məlumdur ki, hər bayram öncəsi bazarda qiymətlər xeyli artır.

Novruz ərəfəsində hansı məhsullar bahalaşacaq?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, artıq bu bir ənənə halını alıb ki, bayram ərəfəsində qiymətlər qalxır:

“Növbəti həftə Su çərşənbəsidir. Bununla bağlı istehlak bazarında da bir hərəkətlilik var. Meyvə-tərəvəzin qiyməti demək olar ki, hər gün artır. Amma Novruz bayramına görə bəzi məhsulların qiymətində kəskin bahalaşma hələ qabaqdadır.
 

MÖVZU İLƏ BAĞLI:

Yumurta BAHALAŞACAQ?


Məsələn, hazırda qoz ləpəsi 10-15 manata təklif olunur. Yaxın 20 gündə bu qiymət ən azı 50 faiz artacaq. Bundan başqa fındıq, şabalıd, fısdıq, badam və digər çərəzlər ən azı 25-30 faiz bahalaşacaq. Bundan başqa, ətin və balığın da  qiymətində bahalaşma istisna olunmur”.

Müsahibimiz qeyd edib ki, bu cür bahalaşmanın heç bir iqtisadi əsası yoxdur:

“Bayram ərəfəsində bazara daha çox çərəz çıxarılacaq. Amma yenə də qiymətlər xeyli yüksək olacaq. Bu da onunla bağlıdır ki, inhisarçılıq var. Topdansatış məntəqələri barmaqla sayılacaq qədər az şirkətlərin əlindədir. Həmin şirkətlər də bazara istədikləri qiyməti diqtə edə bilirlər. Ona görə də yaxın 20 gündə qiymətlərin artacağı qaçılmazdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO