Pivə sevənlərə ŞAD XƏBƏR

Pivə sevənlərə ŞAD XƏBƏR

Hazırda oxunan: Pivə sevənlərə ŞAD XƏBƏR

235680

Yaxın aylarda Azərbaycanda pivənin qiymətində ucuzlaşma ola bilər. Buna səbəbsə pivəlik arpa emalı zavodunun istehsala başlamasıdır. Zavodun açılışı 2025-ci ilin birinci yarısında planlaşdırılır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov deyib ki, yerli istehsal iqtisadi dayanıqlığın təminatıdır:

“Bu mənada açılan hər yeni istehsal sahəsi təqdir edilməlidir. O ki, qaldı ilk pivəlik arpa emalı zavodunun istehsalata başlamasına, onu deyə bilərəm ki, bu bu ilk növbədə idxaldan asılılığı azaldır. Məlumdur ki, idxaldan asılılıq təkcə qiymətlərin oynaması baxımından yox, həm də istehsalın axsaması baxımından təhlükəlidir. Amma yerli xammal davamlı istehsalı stimullaşdırır. Bu da əsas amildir”.

Bəs, yerli xam mal istehsalı pivənin satış qiymətinə təsir edəcəkmi?

Müsahibimiz bildirib ki, spirtli içkilərin, o cümlədən də pivənin satış qiymətini şərtləndirən bir sıra səbəblər var:

“Məsələn, ölkəmizdə bir qayda olaraq aksiz dərəcələri artırılır. Pivə də aksizli məhsullar sırasındadır. Bu mənada yaxın gələcəkdə pivənin ucuzlaşması daha çox hökumətin verəcəyi qərardan asılıdır. Əgər aksiz dərəcələri qaldırılmasa, yəqin ki, bu müəssisənin istehsalata başlamasından sonra pivənin qiymətində eniş ola bilər. Ən başlıcası bu hadisə qiymətlərin bahalaşmayacağına bir təminatdır”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO