Professorun “tələbə ödənişli təhsil alacaqsa, niyə imtahan verməlidir?” fikrinə deputatdan REAKSİYA

Professorun “tələbə ödənişli təhsil alacaqsa, niyə imtahan verməlidir?” fikrinə deputatdan REAKSİYA

Hazırda oxunan: Professorun “tələbə ödənişli təhsil alacaqsa, niyə imtahan verməlidir?” fikrinə deputatdan REAKSİYA

235673

Son vaxtlar təhsil sahəsiylə bağlı müzakirələr, o cümlədən, təkliflər artıb. Aparılan müzakirələr isə təhsilin müxtəlif məsələlərini əhatə edir.

Bu günlərdə professor Zahid Məmmədov etdiyi bir açıqlamada belə bir məqamı vurğuladı ki, əgər bir tələbə ödənişli əsaslarla ali məktəbə daxil olub oxuyacaqsa, niyə imtahan verməlidir?

O, düşünür ki, imtahan ona görə olmalıdır ki, tələbələr ödənişsiz əsaslarla təhsil ala bilsinlər.

Professorun bu fikri ictimaiyyətdə geniş müzakirələr yaradıb. Onun bu açıqlaması ilə razılaşanlar və razılaşmayanlar da oldu.

Bizim.Media-ya məsələ ilə bağlı danışan deputat Ceyhun Məmmədov isə hesab edir ki, professorun bu yanaşması reallığa uyğun deyil:

“Ümumiyyətlə, bu mövzu Azərbaycanda  tez-tez müzakirə olunur.  Ödənişli əsaslarla oxumaqla imtahan verməyin arasında nə əlaqə var? Düşünürəm ki, burada heç bir bağ yoxdur. İnsanlarda yanlış fikirlərin, təsəvvürlərin yaranmamasına çalışmalıyıq. Bu kimi açıqlamalarda hər kəs reallığı nəzərə almalıdır”.

Deputat qeyd edib ki, ödəniş etmək insanı imtahan verməkdən azad etmir və edə də bilməz:

“Pul ödəyən də, ödəməyən də üzərinə düşən addımları atmalıdır. Reallığın nəzərə alınmasına və bu kimi məsələlərə hər kəsin daha  diqqətlə yanaşmasına ehtiyac var”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO