Bakıda həkim tutuldu - SƏBƏB

Bakıda həkim tutuldu - SƏBƏB

Hazırda oxunan: Bakıda həkim tutuldu - SƏBƏB

235665

Bakıda həkim inzibati qaydada həbs edilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Qaradağ rayonu 20 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim-terapevt işləyən 1998-ci il təvəllüdlü E.Babayev xuliqanlıq əməli ilə bağlı polis tərəfindən saxlanılıb.

Onun hərəkətləri şübhə doğurduğundan müayinəyə göndərilib.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində ambulator məcburi narkoloji tibbi yoxlamadan keçirilən həkimdən götürülən nümunədə THC (+) aşkar olunub. Həmçinin rəydə həkimdə narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı qeyd edilib.

E.Babayev barəsində inzibati protokol tərtib edilib. O, Binəqədi Rayon Məhkəməsinə göndərilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitə olan marixuanadan 31 dekabr 2024-cü il tarixdə istifadə etdiyini deyib.

Biinəqədi Rayon Məhkəməsinin qərarı ilə həkim-terapevtə 1 ay inzibati həbs cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO