Gənclər və idman nazirinin səlahiyyətləri artırılıb.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyev imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
Nazirin səlahiyyətləri sırasına dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürmək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla nazirlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin etmək və nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitin formalaşdırılması ilə bağlı təkliflər vermək daxil edilib.
Qeyd edək ki, hazırda gənclər və idman naziri Fərid Qayıbovdur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:15 / 20.02.2025
Prezidentdən Fərid Qayıbovla bağlı FƏRMAN
Hazırda oxunan: Prezidentdən Fərid Qayıbovla bağlı FƏRMAN
Hazırda oxunan: Prezidentdən Fərid Qayıbovla bağlı FƏRMAN
235651
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.