Ağdamda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun işğaldan azad olmuş Xıdırlı kəndi ərazisində baş verib. Hərəkətdə olan "VAZ 2107” markalı avtomobil idarəetməni itərərək yoldan çıxaraq aşıb.
Nəticədə Allahverənov İlyas Allahyar oğlu hadisə yerində həyatını itirib. Avtomobildə olan 1992-ci il təvəllüdlü Məmmədov Natiq Zakir oğlu, 1997-ci il təvəllüdlü Əmənov Elmin Arzu oğlu və 1991-ci il təvəllüdlü Cəfərov Amik Rafiq oğlu ağır xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:13 / 20.02.2025
Ağdamda ağır qəza: 1 ölü, 3 yaralı var
Hazırda oxunan: Ağdamda ağır qəza: 1 ölü, 3 yaralı var
Hazırda oxunan: Ağdamda ağır qəza: 1 ölü, 3 yaralı var
235633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.