Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Batanlardan biri Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlu, digəri Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılovdur. Hər iki şəxsin balıqçı olduğu deyilir.
Hadisənin qayığın çevrilməsi səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media