Zaqatalada minik avtomobilləri toqquşdu - Yaralılar var

Zaqatalada minik avtomobilləri toqquşdu - Yaralılar var

Hazırda oxunan: Zaqatalada minik avtomobilləri toqquşdu - Yaralılar var

235571

Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobakol kəndindən keçən hissəsində iki minik avtomobili toqquşub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax rayon istiqamətində hərəkət edən  "VAZ 2107" markalı minik avtomobillə digər minik avtomobili toqquşub. 
 

İlkin məlumata əsasən, qəzaya səbəb ötmə zamanı sürücülərdən birinin yol hərəkəti qaydalarını pozması nəticəsində baş verib.


Bu zaman hər iki nəqliyyat vasitəsində olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Təcili Tibbi Yardım briqadasının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralılar müayinədən keçirilir, ilkin tibbi yardım göstərilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO