Tofiq Yaqubluya 10 il həbs cəzası TƏLƏBİ

Tofiq Yaqubluya 10 il həbs cəzası TƏLƏBİ

Hazırda oxunan: Tofiq Yaqubluya 10 il həbs cəzası TƏLƏBİ

235553

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və onunla birgə mühakimə olunan Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib. 
 

Prokuror bəyan edib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb.


Bu əsasla onlar külli miqdarda dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinməli, Tofiq Yaqublu 10 il, Elnur Məmmədov isə 9 il müddətinə azadlıqdan məhrum edilməlidir.

Vəkillərə çıxışa hazırlanmaları üçün vaxt verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü ilin dekabrında həbs ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO