45 vəzifəli şəxsə 40,6 min manat məbləğində cərimə tətbiq edilib.
Bizim.Media xəbər verir ki, bu, 2024-cü ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 100 təşkilatda apardığı nəzarət tədbirləri ilə bağlı məlumatda bildirilib.
Qeyd olunub ki, yoxlamalar zamanı nəzarət obyektlərində, yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilən nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 45 nəfər vəzifəli şəxsə 40,6 min manat məbləğində cərimələr tətbiq edilib.
Həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:27 / 19.02.2025
45 vəzifəli şəxs cərimələndi
Hazırda oxunan: 45 vəzifəli şəxs cərimələndi
Hazırda oxunan: 45 vəzifəli şəxs cərimələndi
235501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.