Rüşvətə görə həbs edilən polkovnik-leytenant ev dustaqlığına buraxıldı

Rüşvətə görə həbs edilən polkovnik-leytenant ev dustaqlığına buraxıldı

Hazırda oxunan: Rüşvətə görə həbs edilən polkovnik-leytenant ev dustaqlığına buraxıldı

235498

İki ay əvvəl rüşvət alma ittihamı ilə həbs edilən Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan zabiti, polkovnik-leytenant Ramil İbrahimov ev dustaqlığına buraxılıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi vəkilin qətimkan tədbirinin növünün dəyişdirilməsi barədə əsaslandırılmış vəsatətini təmin edib.

R. İbrahimov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Məhkəmə qərar qəbul edərkən təqsirləndirilən şəxsin səhhətini və digər amilləri nəzərə alıb.

Qeyd edək ki, istintaq materiallarına əsasən, Ramil İbrahimov DSX-nin N saylı hərbi hissəsində qərargah rəisi vəzifəsində çalışarkən təkrar rüşvət almaqda ittiham edilir. O, ötən ilin dekabr ayında Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir. Ramil İbrahimovun təqsirli olub-olmadığı məhkəmənin yekun qərarı ilə müəyyən ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO