Hüseynbala Mirələmovun oğluna yeni vəzifə VERİLDİ

Hüseynbala Mirələmovun oğluna yeni vəzifə VERİLDİ

Hazırda oxunan: Hüseynbala Mirələmovun oğluna yeni vəzifə VERİLDİ

235478

Milli Məclisin keçmiş deputatı, yazıçı, professor Hüseynbala Mirələmovun oğlu Fuad Mirələmova yeni vəzifə verilib.

Bizim.Media “teleqraf.az”a istinadən xəbər verir ki, o, Yasamal Bələdiyyəsinin sədr müavini seçilib.
 

Bildirilib ki, yanvarın 29-da keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyənin ilk iclası keçirilib. Toplantıda bələdiyyə üzvlərinin siyahısı oxunub və 19 nəfər üzvün iştirakı təsdiqlənib.


Tahir Məmmədov Yasamal Bələdiyyəsinin sədri seçilib. O, bundan əvvəl də həmin vəzifədə çalışıb.

Qeyd edək ki, Fuad Mirələmovun atası Hüseynbala Mirələmov III, IV və V çağırış Milli Məclisin deputatı olub. O, 1992-2021-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, F.Mirələmov əvvəllər daxili işlər orqanlarında çalışıb. O, nazirliyin Baş İstintaq İdarəsinin müstəntiqi olub. Hazırda təqaüddədir. Keçmiş deputatın övladı Yasamal Bələdiyyəsində hakim Yeni Azərbaycan Partiyasını təmsil edən üzvlərdən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO