Paytaxtın Xəzər rayonu ərazisində yaşayan bir nəfərin bank kartından 1070 manat maddi vəsaitin naməlum şəkildə digər hesaba köçürülərək oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən bildirilib.
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə təqsirli bilinən Cavid Kərimov saxlanılıb.
Araşdırmalarla onun “Telegram” sosial şəbəkəsində səhifələr açaraq müxtəlif kiber üsullarla bank kartlarından oğurluq etdiyi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, C.Kərimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Bizim.Media
![“Telegram”da kiber üsullarla bank kartlarından oğurluq edən şəxs SAXLANILDI “Telegram”da kiber üsullarla bank kartlarından oğurluq edən şəxs SAXLANILDI](https://bizim.media/file/articles/2025/02/18/1739897665_1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
20:43 / 18.02.2025
“Telegram”da kiber üsullarla bank kartlarından oğurluq edən şəxs SAXLANILDI
Hazırda oxunan: “Telegram”da kiber üsullarla bank kartlarından oğurluq edən şəxs SAXLANILDI
Hazırda oxunan: “Telegram”da kiber üsullarla bank kartlarından oğurluq edən şəxs SAXLANILDI
235397
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.