Son vaxtlar bəzi təhsil müəssisələrində təqaüdlərin gec köçməsiylə bağlı şikayətlər artıb. Növbəti belə narazılıq Azərbaycan Dövlət Pedaqoji Universitetiylə əlaqəlidir. Belə ki, universitetin tələbələrinin yanvar ayı üzrə təqaüdləri hələ də ödənilməyib.
ADPU-nun mətbuat katibi Taleh Mirzəyev Bizim.Media-ya açıqlamasında qeyd edib ki, hazırda texniki problem səbəbindən təqaüdlərin ödənilməsində müəyyən gecikmə yaşanır.
“Lakin problem sırf ADPU ilə bağlı deyil, həmçinin bir neçə ali təhsil müəssisələrində də eyni hal yaşanır. Təqaüdlərin köçürülməsi dövlət qurumları, universitet və bank arasında olan əlaqəli prosesdir. Buna görə də problem aradan qalxan kimi ödəniş həyata keçiriləcək. Yaxın günlərdə təqaüdlərin hesablara köçürüləcəyi gözlənilir”-deyə universitetdən bildirilib.
Nəzrin Mirzəyeva, Bizim.Media
![Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB – RƏSMİ AÇIQLAMA Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB – RƏSMİ AÇIQLAMA](https://bizim.media/file/articles/2025/02/18/1739884301_5307920137623563174.jpg)
- A-
- A
- A+
Cəmiyyət
17:20 / 18.02.2025
Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB – RƏSMİ AÇIQLAMA
235368
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.