Qazax məktəbində dərs zamanı TAVAN çökdü– Sinif BAĞLANDI -FOTO

Qazax məktəbində dərs zamanı TAVAN çökdü– Sinif BAĞLANDI -FOTO

Hazırda oxunan: Qazax məktəbində dərs zamanı TAVAN çökdü– Sinif BAĞLANDI -FOTO

235345

Qazaxda məktəbdə sinifin tavanı çöküb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə Səməd Vurğun adına 2 nömrəli məktəbin 1-ci sinfində otağın tavanı tökülüb.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Nəcibə Vəliyevanın bildirdiyinə görə hadisə zamanı xəsarət alan olmayıb. İdarə rəsmisi əlavə edib ki, hadisə yerinə Qazax rayonu üzrə təhsil sektorunun təsərrüfat qrupunun əməkdaşları cəlb edilib. Tavanın hansı səbəbdən çökdüyü araşdırılır. Həmin sinif bağlanılsa da, təhsil müəssisəsində təlim-tədris prosesi davam edir.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO