“Azərbaycan türk dünyasında əhəmiyyətli mövqeyə sahibdir. Ümumilli Lider Heydər Əliyev Türk dünyası üçün unudulmaz bir liderdir. Onun irəli sürdüyü sloqan hər şeyi izah edir: Bir millətik, iki dövlət. Çünki hər iki dövlət siyasi, iqtisadi, maliyyə və mədəniyyət sahələri ilə yanaşı, bir çox digər məsələlərdə də ortaq mövqeyə sahibdir".
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Osmanlı Tədqiqatları Komitəsinin İdarə Heyətinin üzvü, türkiyəli tarixçi, professor İlber Ortaylı "Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
"Bir arada olmazsaq, bir yerdə yaşaya bilmərik. Bizim dilimiz bir, mədəniyyətimiz bir, xarici siyasətimiz bir və təəssüf ki, düşmənlərimiz də ortaqdır",- o, deyib.
Türkiyəli professorun sözlərinə görə, Azərbaycan tarix boyu çətin coğrafi şərtlər altında öz milli kimliyini qoruyub saxlamağa nail olub:
"Azərbaycanlılar təkcə dövlət baxımından deyil, mədəni tədbirlər və təhsil yönündə də irəlidədirlər. Çox gözəl türkcə danışırlar".
O, qeyd edib ki, Bakı Türk dünyasının inntellektual mərkəzi olacaq.
"Bir çox təhsil ocaqlarını da bu şəhərə yönləndirmək lazımdır",- deyə professor vurğulayıb.
Ayşən Rəhim, Pərviz Allahverdiyev,Bizim.Media
![“Türk dünyasının bir çox təhsil ocaqlarını Bakıya yönləndirmək lazımdır" – Türkiyəli professor “Türk dünyasının bir çox təhsil ocaqlarını Bakıya yönləndirmək lazımdır" – Türkiyəli professor](https://bizim.media/file/articles/2025/02/18/1739869513_5305511580093513381.jpg)
- A-
- A
- A+
Cəmiyyət
13:03 / 18.02.2025
“Türk dünyasının bir çox təhsil ocaqlarını Bakıya yönləndirmək lazımdır" – Türkiyəli professor
Hazırda oxunan: “Türk dünyasının bir çox təhsil ocaqlarını Bakıya yönləndirmək lazımdır" – Türkiyəli professor
Hazırda oxunan: “Türk dünyasının bir çox təhsil ocaqlarını Bakıya yönləndirmək lazımdır" – Türkiyəli professor
235314
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.