"Milli qanunvericilikdə və beynəlxalq sənədlərdə milli mənsubiyyətə görə ayrı-seçkilik qadağan olunsa da, təəssüf ki, dünyada insanların milli və etnik mənsubiyyətinə görə təqib olunması, ayrı-seçkiliyə, soyqırımı kimi dəhşətli cinayətlərə məruz qalması hallarına rast gəlinir".
Bizim.Media xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkəmiz bu siyasətin nəticələrindən ən çox zərər çəkmiş ölkələrdəndir:
"XX əsrin əvvəllərində soyqırıma məruz qalmış xalqımız, həmin əsrin sonlarından etibarən yenidən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ilə özünü göstərən nifrət siyasətinin qurbanına çevrilib. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlının etnik təmizləməyə məruz qalması, onların izlərinin əsrlərlə yaşadıqları ərazilərdən silinməsi məqsədilə tarixi-mədəni abidələrinin dağıdılması, özgəninkiləşdirilməsi məhz milli mənsubiyyətinin inkar olunmasının, Azərbaycanofobiya və etnik nifrət siyasətinin göstəricisi idi",- deyə o vurğulayıb.
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media
![“250 mindən çox Qərbi azərbaycanlının izlərinin silinməsi etnik nifrətin göstəricisi idi” – Səbinə Əliyeva - FOTO “250 mindən çox Qərbi azərbaycanlının izlərinin silinməsi etnik nifrətin göstəricisi idi” – Səbinə Əliyeva - FOTO](https://bizim.media/file/articles/2025/02/18/1739867047_5305511580093513394.jpg)
- A-
- A
- A+
Cəmiyyət
12:17 / 18.02.2025
“250 mindən çox Qərbi azərbaycanlının izlərinin silinməsi etnik nifrətin göstəricisi idi” – Səbinə Əliyeva - FOTO
Hazırda oxunan: “250 mindən çox Qərbi azərbaycanlının izlərinin silinməsi etnik nifrətin göstəricisi idi” – Səbinə Əliyeva - FOTO
Hazırda oxunan: “250 mindən çox Qərbi azərbaycanlının izlərinin silinməsi etnik nifrətin göstəricisi idi” – Səbinə Əliyeva - FOTO
235303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.